Milli Azərbaycan Tarixi Muzeyinin “H.Z.Tağıyev klubu”nda Sabunçu rayonu 22 saylı tam orta məktəbin ibtidai sinif şagirdlərinə mühazirə-ekskursiya təşkil edilib. Muzeyin elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Ləman Musayeva 50 nəfərdən artıq şagird, müəllim və valideyn kollektivini salamladıqdan sonra "El atası" H.Z.Tağıyev haqqında məktəblilərə geniş məlumat verib. Sual-cavab şəraitində keçən tədbir məktəblilərin hərtərfli bilik əldə etməsinə şərait yaratdı. Uşaqlar H.Z.Tağıyevin ev-muzeyinə ekskursiya etdikdən sonra təəssüratlarını bölüşdülər. Ən fəal şagirdə H.Z.Tağıyevin qızı Sara xanımın 120 illiyinə həsr olunmuş tədbir diski hədiyyə edildi. Həmçinin müəllim və valideynlərə muzeyin bələdçi bukleti bağışlanıldı.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı onlayn formatda tədbir keçirildi
Layihənin məqsədi uşaq və yeniyetmələrin mədəni asudə vaxtının səmərəli təşkilində muzeylərin geniş fəaliyyət ənənələrinin, tarixi təcrübəsinin önəmini göstərməkdir. Uşaqları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir.
Dekabrın 12-də Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarov ADA Universitetinin tələbələri və müəllimləri qarşısında mühazirə ilə çıxış edib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dörd ünsürdən biri – od çərşənbəsi” adlı musiqili-əyləncəli bayram tədbiri keçirilib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunub.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Səslə bizi Xocalı! Cavanı, həm qocanı” adlı tədbir təşkil olunub.
Milli Azərbaycan Tarixi Muzeyində tanınmış Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin müəllifi olduğu "Hacı Zeynalabdin Tağıyev uşaqlar üçün" kitabının (Bakı: Şərq-Qərb, 2020, 28 s.) təqdimatı keçirilib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubunun üzvləri 2020-ci ildə “Vətənpərvər olaq!” mövzusunda hesabat xarakterli ilk tədbirini keçirib.