AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan “Azərbaycan Birinci dünya müharibəsi dövründə” məqalələr toplusu işıq üzü görmüşdür. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə toplanan məcmüənin elmi redaktoru Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur.
Topluya daxil edilmiş elmi məqalələr Azərbaycanın I Dünya müharibəsindəki yeri və roluna yenidən baxmağa imkan verir. T.ü.f.d. Zərifə Dulayevanın “Birinci dünya müharibəsinin səbəbləri, başlanması və gedişi” məqaləsi oxucuya müharibə ilə bağlı ümumi məlumat verir. Z.Dulayeva və t.ü.f.d. Məmməd Məmmədovun “Bakı Birinci dünya müharibəsi illərində”, “Müharibə dövrü Gəncə tarixindən az məlumat olan fakt” məqalələri, t.ü.f.d. Bəhmən Kərimovun ” I Dünya müharibəsi mövzusu “İqbal” və “Yeni iqbal” qəzetlərinin səhifələrində” və Əli Fərhadovun “Birinci Dünya müharibəsi illərində Azərbaycan-Osmanlı münasibətlərinə dair” məqalələrində Azərbaycanda müharibə dövründə mövcud olan vəziyyət barəsində məlumat verilir. T.ü.f.d. Səbuhi Əhmədovun “Tatar atlı alayı müharibə cəbhələrində”, t.ü.f.d. M.Məmmədovun “İlk Azərbaycan təyyarəçiləri- müharibə iştirakçıları”, Eldar Elxan oğlu İsmaylovun “Azərbaycan hərbi hissələri Rusiya imperator ordusunun tərkibində”, E.E.İsmaylovun “I Dünya müharibəsi illərində Mq. Georgi və Georgi silahı ilə təltif olunmuş azərbaycanlılar”, İnna Kostinanın “Azərbaycan həkimləri hərbi hospitallarda”, Nərmin Bağırovanın “Ilk Azərbaycanlı şəfqət bacısı Nigar Şıxlinskaya” məqalələrində müharibədə iştirak etmiş azərbaycan hərbi hissələri və azərbaycanlı hərbiçilər barəsində məlumat verilir. Rəna Səfərovanın “General Əliağa Şıxlinskinin Milli Azərbaycan Tarixi Muzeyində qorunan memorial kolleksiyası” və Nərmin Bağırovanın “Birinci dünya müharibəsinin yadigarları Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasında” məqalələrində Muzeydə qorunan eksponatlar barəsində məlumat verilir. T.ü.f.d. Məhfuzə Zeynalovanın “Azərbaycan Birinci Dünya müharibəsi illərində” bölməsinin yenidən qurulması” məqaləsində müharibənin Muzeyin yeni ekspozisiyasında nümayiş olunması vasitələri barədə məlumat verilir. Z.Dulayevanın “İstənilən müharibə sülhlə nəticələnir” və S.Əhmədovun “Birinci Dünya müharibəsinin Azərbaycan üçün nəticələri” məqalələrində müharibənin Azərbaycan üçün nəticələri barəsində məlimat verilir.
Topluda mövzularla bağlı fotoşəkillər təqdim edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.