XƏBƏRLƏR
03 Fevral, 2021
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” mövzusunda çıxış edərək 2020-ci ildə 100 illik yubileyini qeyd edən ölkənin əsas muzeyi – Milli Azərbaycan Tarixi Muzeyində rəqəmsal texnologiyaların praktik tətbiqi haqqında geniş məlumat vermişdir. Bildirib ki, Muzeyin yeni ekspozisiyasında interaktiv və sensor masaların tətbiqi zamanı Muzey ilə ziyarətçinin qarşılıqlı münasibətinə xüsusi diqqət ayrılmışdır. Belə ki, yenilənmiş ekspozisiyanda ziyarətçi sərbəst şəkildə seçdiyi rəqəmsal kontenti oxuya, izləyə və ya dinləyə bilər. Nəticədə yüksək texnologiyalar Muzeyi həm maarifləndirici mərkəzə, həm də ziyarətçinin vaxtını səmərəli və əyləncəli keçirə biləcəyi məkana çevirmiş olur.
E.Dadaşov Muzeydə yeni texnologiyaların tətbiqindən məlumat verərək 2020-ci il iyunun 17-də təmir və yenidənqurma işlərindən sonra açılışı keçirilmiş Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyindən də danışmışdır. Xatirə muzeyinin yeni ekspozisiyasında iriölçülü ekranda (touch screen) H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında məlumatlar yerləşdirilib. Həmin məlumatlar üç dildə – Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. İnteraktiv masanın üstünlüklərindən biri də eyni zamanda dörd ziyarətçinin orada qeyd olunan məlumatlarla tanış ola bilməsidir.
Ekspozisiya ilə yanaşı rəqəmsal yeniliklərdən Muzeyin fondlarında mühafizə olunan exponatların elektron pasportlaşdırması zamanı da istifadə olunur. Belə ki, 2020-ci ildə Fondların elektron pasportlaşdırma proqramının təminatı da yenilənmişdir. “Metaphora” (Metafora) şirkəti tərəfindən hazırlanmış yeni “Collsys” (Kolsis) proqram təminatı hər fondun tələbinə uyğun tərtib olunmuş, Muzeyin eksponatları haqqında ətraflı məlumat ilə yanaşı yüksək keyfiyyətli fotoşəkillərin yüklənməsi funksiyaları da yenilənmişdir. Gələcəkdə proqramda Muzeyin incilərinin 3D ölçülü təsvirlərinin də əlavə edilməsi nəzərdə tutulmuşdur.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...
Muzeydə görkəmli maarifçi Ceyhun Hacıbəyliyə məxsus materiallar qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda və Xəritələr sektorunda C.Hacıbəyliyə məxsus (inv. 2535-2546, inv. 93) maraqlı materiallar...