Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bakı Beynəlxalq Təhsil Kompleksinin müəllimi Şahnaz Abdullayevanın təşəbbüsü ilə keçirilib. Mühazirənin məqsədi uşaq və yeniyetmələrin mədəni asudə vaxtının səmərəli təşkilində muzeylərin geniş fəaliyyət ənənələrinin, tarixi təcrübəsinin önəmini göstərmək, uşaqları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir. Qənirə Qafarlı slaydlarla müşayiət olunan çıxışında Muzeyin tarixi, yerləşdiyi tarixi bina, strukturu, ekspozisiyası, fondları haqqında məlumat verib. Sonra H.Z.Tağıyevin həyatı və ev muzeyi haqqında Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Xədicə Hüseynovanın təqdimatında Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinə virtual ekskursiya nümayiş olunub. Mühazirə şagirdlər tərəfindən böyük məmnunluqla və maraqla qarşılanıb, verilən suallar mühazirəçi tərəfindən ətraflı cavablandırılıb.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.