Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda və Xəritələr sektorunda C.Hacıbəyliyə məxsus (inv. 2535-2546, inv. 93) maraqlı materiallar qorunur. Muzeyin fondundakı materiallar onun həmin dövrə aid fotoşəklindən (İnv. 2535), türk, fransız və ingilis dillərində qələmə aldığı hekayələrinin əl və makina yazılarından (İnv. 2540), digər azərbaycanlı mühacir Qalib Amaməlibəyovun ona göndərdiyi məktubdan (İnv. 2545), habelə Azərbaycan nümayəndə heyətinin 1919-cu ildə Paris Konfransı üçün fransız dilində tərtib etdiyi Azərbaycan Cümhuriyyətinin xəritəsi (İnv. 2547) və 1923-24-cü illər Lozanna Konfransına rusca təqdim etdiyi cümhuriyyətin Dövlət Bankı haqqında məlumatdan (İnv. 2546) ibarətdir. Bu materiallar Cümhuriyyət tariximizin və C.Hacıbəyli irsinin tədqiq və təbliği baxımından əhəmiyyətlidir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.