Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Qonaqları salamlayan Muzeyin direktor müavini Məhfuzə Zeynalova ümummilli liderin respublikada elm və mədəniyyətə göstərdiyi qayğıdan, onun Milli Azərbaycan Tarixi Muzeyinə dəfələrlə gəlməsi, muzeyin inkişafına verdiyi töhfələri barədə danışaraq tədbiri açıq elan etdi və Azərbaycan Dövlət Himni səsləndirildi.
Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyası “Azərbaycan tarixçiləri” təşkilatının birgə səyləri ilə təşkil olunan tədbirdə YAP Səbail rayon sədrinin müavini Muxtar Maniyev, YAP Səbayıl rayon qadınlar məclisinin sədri professor Nübar Muxtarova, YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin idarə heyəti üzvünün sədr müavini Riyad Məmmədzadə iştirak etdilər və çıxışılarında, Heydər Əliyevin örnək ola biləcək həyatı və fəaliyyəti barədə danışmışlar.
Tədbirin bədii hissəsində Azərbaycan uşaq və gənclərin Şülh şəbəkəsi SB musiqi qrupu, Azərbaycan Uşaq və Gənclərin sülh şəbəkəsinin “Dəniz” rəqs qrupu, Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən H.Z.Tağıyev klubunun üzvləri, Sabunçu rayonu Elxan Misirxanov adına 71 saylı orta məktəb üzvlərinin ifasında H.Əliyevə həsr olunmuş şer və mahnılardan ibarət bədii kompozisiya nümayiş olunmuşdur.Həmçinin, tədbir muzeyi ziyarət edən xarici turistlərin maraqına səbəb oldu.
Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.