XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 May, 2014
Ekspozisiyada “Əli ağa Şixlinski - rus artilleriyasının allahı” bölməsi

Muzeydə I dünya müharibəsində iştirak etmiş, hərbçi-alim Əli ağa Şixlinskiyə aid sənədlər və əşyalar nümayiş olunur.


Əli ağa Şixlinski (1865-1943) Tiflis kadet korpusu, Mixaylov artilleriya məktəbi və Zabit artilleriya məktəbində təhsil almışdır. Rus ordusunun “Çin yürüşündə” və Rus-yapon müharibəsində iştirak etmişdir. Port-Arturun müdafiəsi zamanı göstərdiyi igidliyə görə Mq.Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur.

1907-ci ildə Şixlinski tərəfindən artilleriya nəzəriyyəsinə “Şixlinski üçbucağı” adı ilə daxil olmuş yeni hədəfgöstərmə üsulu icad olunmuşdur. 1908-ci ildən Şixlinski Zabit artilleriya məktəbində dərs deməyə başlamışdır. O, “Divizion tərkibində artilleriya manevrlərinin təşkili təlimatı”, “Səhra artilleriyasının döyüşdə tətbiqi” və “Öz qoşunların başı üzərindən artilleriya atəşi” barəsində adlı əsərləri hazırlayıb çap etdirmişdir. Bu əsərlər geniş yayılaraq artilleriya elminin inkişafına böyük təsir göstərmiş, Şixlinski isə “rus artilleriyasının allahı” adını almışdır. 1913-cü ildə ona general-mayor rütbəsi verilmiş, 1914-cü ildən o, Zabit artilleriya məktəbinin rəisi vəzifəsini icra etməyə başlamışdır.

1915-ci ilin yanvarından Şixlinski Şimal-Qərb cəbhəsinin ağır artilleriya rəisi, oktyabr ayından isə Ali Baş komandan yanında artilleriya hissəsi üzrə tapşırıqlar generalı vəzifəsini yerinə yetirərək bütün rus ordusunun ağır artilleriyasının rəisi olmuşdur. 1916-cı ilin aprelindən Şixlinski Qərb cəbhəsi artilleriya inspektoru vəzifəsində çalışaraq bir sıra əməliyyatların keçirilməsində bilavasitə iştirak etmişdir. 1917-ci ilin aprelində o, general-leytenant rütbəsinə layiq görülərək 10-cu ordu komandanı təyin edilmişdir.

Xidmət müddətində Şixlinski Mq.Georgi ordeninin 4–cü dərəcəsi, Mq.Stanislav ordeninin bütün dərəcələri, Mq. Anna ordeninin bütün dərəcələri, Mq.Vladimir oreninin 2, 3, 4-cü dərəcələri, həmçinin Fransanın Fəxri legion ordeninin Zabit və Komandor xaçları ilə təltif olunmuşdur.

Yevqeni Barsukov – rus və sovet sərkərdəsi, artilleriya general-mayoru, hərb elmləri doktoru, professor, Artilleriya elmləri Akademiyasının həqiqi üzvü demişdir: “Əli ağa Şixlinski taktika sahəsində dərin nəzəri və təcrübi biliklərə malik azsaylı rus zabitlərindən idi; o bu biliklərin real, ilk növbədə hərbi, şəraitdə, tətbiq edilməsi kimi nadir istedada malik idi. Savaş meydanlarında özünün mahir döyüş fəaliyyətinə görə rus artilleriyası məhz ona borcludur.”

 

 

В экспозиции раздел «Али ага Шихлинский - бог русской артиллерии» 

В экспозиции Музея демонстрируются документы и личные вещи одного из участников Первой мировой войны, полководца и военного теоретика Али ага Шихлинского.

Али ага Шихлинский (1865-1943) учился в Тифлисском кадетском корпусе, Михайловском артиллерийском училище, а также Офицерской артиллерийской школе. Принимал участие в «китайском походе» русской армии и русско-японской войне. За героизм при обороне Порт-Артура награжден орденом Св.Георгия 4-й степени.

В 1907 году Шихлинским был разработан оригинальный прием целеуказания, вошедший в теорию артиллерии под названием «треугольник Шихлинского». С 1908 года Шихлинский стал преподавать в Офицерской артиллерийской школе. Он подготовил и издал «Инструкцию для организации артиллерийских маневров в составе дивизиона», работы «Употребление полевой артиллерии в бою», «О стрельбе артиллерии через голову своих войск». Эти труды получили широкое распространение и оказали большое влияние на развитие артиллерийской науки, а самого Шихлинского стали называть «бог русской артиллерии». В 1913 году ему присвоено звание генерал-майор, с 1914 года исполняет обязанности начальника Офицерской артиллерийской школы.

С января 1915 года Шихлинский является начальником тяжелой артиллерии Северо-Западного фронта, а с октября исполняет обязанности генерала для поручений по артиллерийской части при Верховном главнокомандующем, являясь начальником всей тяжелой артиллерии русской армии. С апреля 1916 года Шихлинский исполнял должность инспектора артиллерии Западного фронта, принимая непосредственное участие в проведении ряда операций. В апреле 1917 года удостоен звания генерал-лейтенант, назначен командующим 10-й армией.

За время службы А.Шихлинский награжден орденом Св.Георгия 4-ой степени, всеми степенями ордена Св.Станислава, всеми степенями ордена Св.Анны, орденом Св.Владимира 2, 3, и 4-ой степеней, Золотым Георгиевским оружием, Офицерским и Командорским крестами французского ордена Почетного легиона.

Евгений Барсуков - русский и советский военачальник, генерал-майор артиллерии, доктор военных наук, профессор, действительный член Академии артиллерийских наук, отмечал: «Али Ага Шихлинский был одним из немногих русских артиллеристов, обладавших глубокими теоретическими и практическими знаниями в области тактики, и обладал редким талантом в искусстве применения этих знаний на практике, в особенности боевой. Именно ему русская артиллерия очень обязана своими искусными боевыми действиями на полях сражений»