XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 May, 2014
Muzeydə 9 may Faşizm üzərində gələbə gününə həsr olunmuş açıq dərs keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində “9 may- Faşizm üzərində qələbə günü”nə həsr olunmuş açıq dərs keçirildi.


Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə II Dünya müharibəsində Azərbaycan xalqının iştirakı barəsində danışılmış, Bakıda müharibə illərində çəkilmiş fotolar və yayılmış təbliğat plakatları nümayiş etdirilmişdir. Dərsdən sonra uçaqlarla stolüstü “Hava döyüşü” adlı oyun  təqdim olunmuşdur. 

Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.