XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 May, 2014
Muzeydə 18 may – Beynəlxalq muzeylər günü ilə bağlı keçiriləcək tədbirlər

Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Muzey kolleksiyaları ünsiyyət yaradır” sloqanı “18 may - Beynəlxalq muzeylər günü” bu ilki silsilə tədbirlərin şüarı elan olunmuşdur.


18 may – Beynəlxalq muzeylər günü ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində silsilə tədbirlər keçiriləcək.  

Mayın 16-da “Muzey təşəkkür edir” tədbirində 2013-cü il – 2014-cü ilin I yarısında Muzeyə köməklik göstərmiş təşkilat və fərdi şəxslərə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunacaq. Qeyd etmək lazımdır ki, göstərilən müddət ərzində Muzeyə bir sıra Azərbaycan vətəndaşları tərəfindən tarixi əhəmiyyət kəsb edən əşyalar, sənədlər, fotoşəkillər hədiyyə olunmuş, Muzeydə keçirilən ictimai-siyasi tədbirlərin hazırlanmasında təşkilati köməklik göstərilmişdir.

  Həmin gün Muzeydə “Dost ellərinin hədiyyələri” sərgisinin təntənəli açılışı olacaq. Sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat – Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyələr nümayiş olunur. Qeyd etmək lazımdır ki, belə sərgi ilk dəfədir ki Muzeydə təşkil olunur.

Mayın 18-də, Beynəlxalq Muzeylər günü, Milli Azərbaycan Tarixi Muzeyində “Açıq qapı” elan olunacaq. Həmin gün Muzeyin daimi ekspozisiyası və sərgisi ilə tanışlıq pulsuz olacaq.