Mayın 16-da Milli Azərbaycan Tarixi Muzeyində “Dost ellərinin hədiyyələri” sərgisinin təntənəli açılışı olacaq. Sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat – Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyələr nümayiş olunur. Qeyd etmək lazımdır ki, belə sərgi ilk dəfədir ki Muzeydə təşkil olunur.
Ümumiyyətlə Muzeyin kolleksiyasında xarici ölkələrin 800-dən artıq eksponatı qonumaqdadır. Onlardan sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat nümayiş olunur.
Ən birinci hədiyyə 1944-cü ilə aiddir və Təbriz azərbaycanlılarının Azərbaycan SSR-yə hədiyyəsidir. Ən çox hədiyyə təqdim olunub – Rusiya Federasiyası – 105 ədəd. Əslində yalnız Moskva və Leninqrad deyil, Rusiyanın ayrı-ayrı subyektlərinin də hədiyyələri mövcuddur (Dağıstan, Çeçenistan, Tatarstan, Başqırdıstan, Sibir bölgələri)
Eksponatlar sırasında bütün qitələrin hədiyyələri təqdim olunub – Avropa, Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avstraliya
Ən şimal ölkə Norveçdən, ən cənub ölkə Argentinə və Braziliyaya qədər, ən soyuq bölgə Tümen, ən isti ölkə Seneqala qədər, ən yaxın ölkə- Gürcüstandan, ən uzaq Yaponiya və Kanadaya qədər olan xalqların hədiyyələrini sərgidə görmək mümkündür.
Siyasi xarakterli hədiyyələrlə bərabər idman, mədəniyyət, sənaye xarakterli hədiiyələr də mövcuddur. Hədyyələrin bir qismi Muzeyə olunan hədiyyələrdir.
Ekspozisiyada alban, bolqar, çex, qana, monqol, özbək, rumın, türkmən milli geyimləri sərgilənir.
Sərgidə əfqan, belorus, rumın, iran, mali, misir, moldova, qabardin- balkar, tacik, türkmən xalçaları nümayiş olunur.
Rus, qazax, kuba, hindistan, çin, seneqal, özbək musiqi alətləri təqdim olunur.
Ekspozisiyada müxtəlif təşkilatlarla bərabər aşağıda adları göstərilən ölkə rəhbərləri və dövlət xadimləri - Rusiya prezidenti Vladimir Putin, Meksika prezidenti X.Lopes, Misir prezidenti Camal Əbdül Nasir, İran şahı Məhəmməd Rza Pəhləvi, İndoneziyanın baş naziri Sukarno, İndoneziya parlamentinin spikeri Marzuki Alie, Albaniya baş naziri Ənvər Xoca, Əfqanıstan şahı Məhəmməd Zahir, Türkiyə prezidentinin xanımı Səmra Özalın hədiyyələri nümayiş olunur.
Ekspozisiyada tamaşaçılar aşağıdakı unikal hədiyyələr nümayiş olunur: İtalyan siyasi dustaqlarının (partizanlarının) həbsxanada çörəkdən düzətdikləri uvenir gül çələngi; Almaniyanı iki hissəyə ayıran divar parçasından külqabı; ABŞ-ın ilk kosmonavtı Staffordun imzası ilə fotoşəkli; Qazaxstandan qədim türk oyunu “9 kumalak”, Yaponiyadan samuray dəbilqəsi, Seneqaldan yay-ox və maskalar; Rusiyanın ilk sökülüb- yığılan velosipedi; Özbəkistanın unikal keramikası; Çexiyanın nadir büllür qabları; Tiflisin fəxri vətəndaşının medal, 1887-ci il ABŞ dolları; İran sədəfləri; Hindistan musiqi alətləri; Belarusdan Brest qalasının müqəddəs torpağı; Pribaltika rəssamlıarının rəsm əsərləri; 1924-cü il Braziliya pulu; Çin keramika fiqurları; Əfqanıstandan mərmər masa; Fin bıçağı; İraq gümüş suvenirləri; Kuba konyak dəsti; Monqol ağac oyuncaqları; Myanma fiqurları; Ukrayna tikmələri və başqaları.
Sərgi sentyabrın 1-dək davam edəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.