XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 May, 2014
Muzeydə “Dost ellərinin hədiyyələri” adlı sərgiylə bağlı açıq dərs keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə “Dost ellərinin hədiyyələri” adlı dərs keçirildi.


Sərgidə xarici dövlətlərin nümayəndə heyətləri Azərbaycanın müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyələr nümayiş olunmuşdur.

Dərs zamanı “hissədən tam təsvirə qədər” adlı oyun keçirilmişdir. Belə ki, oyun zamanı sərgini gəzərkən şagirdlərə “hədiyyələrin” on beş hissədən ibarət  fraqmentlərini verilmişdir, onlar isə bu fraqmentlərin hansı eksponatlara aid olmasını müəyyənləydirməli idilər. Diqqət tələb edən oyun şagirdlərə eksponatlarla daha yaxından tanış olmaq imkanı verir.

Dərsdə ən yaxşı nəticələr göstərmiş şagirdlərə muzey tərəfindən nəşr olunmuş “Dost ellərinin hədiyyələri” adlı kitab-kataloq hədiyyə olunmuşdur.

Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.