Birinci dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş “Tarixin qaranlıq səhifələri, keçmişin ibrət dərsləri və gələcəyə çağırış” beynəlxalq elmi konfransda çıxış edən Muzeyin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədov müharibədə Rusiya ordusu tərkibində iştirak etmiş və azərbaycanlılardan ibarət yeganə milli hərbi hissə olan Tatar (Azərbaycan) atlı alayı haqqında məruzə ilə çıxış etmişdir.
Mayın 23-24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində keçirilən beynəlxalq konfransın açılış mərasimində arxivin direktoru Mayis Bağırov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış etmişlər. Daha sonra məruzlər dinlənmişdir. Konfransın materialları toplu şəklində çap olunmuşdur. Topluya Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Rusiya, o cümlədən Dağıstan, Qaaçay-Çərşəz, Adıgey respublikalarından olan tədqiqatçıların məruzələri daxil edilmişdir.
Qeyd edək ki, Səbuhi Əhmədovun konfransda Tatar (Azərbaycan) atlı alayının xüsusi olaraq tikilmiş uniformasında çıxış etməsi qonaqların böyük marağına səbəb olmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.