Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, güləş üzrə olimpiya kateqoriyalı hakim Şərifov Hicran İbrahim oğlu tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə “qızıl fit” ali mükafatı muzeyə hədiyyə olunmuşdur.
2012-ci ildə Böyük Britaniya Krallığının London şəhərində keçirilmiş XXX Yay Olimpiya Oyunlarında Hicran Şərifov Yunan-Roma, qadın və sərbəst güləş üzrə yarışlarda olimpiya kateqoriyalı hakim kimi Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir.
Həmin yarışlarda FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) tərəfindən dünyanın ən yaxşı olimpiya kateqoriyalı hakimlərindən biri elan edilmiş və ən ədalətli hakimliyə görə FİLA-nın “qızıl fit” ali mükafatı ilə təltif olunmuşdur.
Qeyd etmək lazımdır ki, “qızıl fit” beynəlxalq səviyyəli idman yarışlarının ən ali təltif nişanlarından sayılır, hakimin ona layiq görülməsi beynəlxalq idman ictimaiyyətinin hakimə olan böyük etimadının rəmzidir.
Təqdim olunan “qızıl fit” Azərbaycanda idman tarixinin ən vacib eksponatları kimi Milli Azərbaycan Tarixi Muzeyində qorunacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.