XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 May, 2014
Dünya Xəbər Agentlikləri Konqresinin sədri Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur

Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığı Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-HüseynDünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığı Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn mayın 29-da Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. Bakıya gələn qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir.


Bakının ən gözəl memarlıq abidələrindən biri olan muzeyin binası 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən 300 mindən çox eksponat toplanmışdır. Hazırda 150-dən çox işçinin çalışdığı muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.
Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı surətdə yenidən qurulmuşdur. Muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır. Qonaq Muzeyin daimi ekspozisiyası və Hacı Zeynalabdin Tağıyevin Xatirə Muzeyinin eksponatlarına maraqla tamaşa etmişdir.

Muzeylə tanışlıqdan məmnunluğunu bildirən Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonda qonağa muzeylə bağlı xatirə hədiyyəsi təqdim olunmuşdur.

Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığı Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-HüseynDünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığı Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığı Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığı Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn