XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 May, 2014
Milli Azərbaycan Tarixi Muzeyinin yeni eksponatı

Gəlin baş bəzyi Azərbaycan xalqının madii-mədəniyyət nümunələrinin toplanması, tədqiqi, qorunması və təbliği ilə daim məşğul olan AMEA Milli Azərbaycan Tarixi Muzeyi yeni eksponat əldə etmişdir.


XIX əsrə aid edilən eksponat Azərbaycanıın şimal-qərb bölgələrində istifadə olunmuş toy libasının bir elementidir. Belə ki, gəlin baş bəzyi kimi qiymətləndirilən eksponat nadir zərgərlik nümunəsi olaraq gümüşdən düəzldilmiş, rəngli qaşlarla bəzədilmişdir. AMEA rəhbərliyi, ilk növbədə AMEA Prezidenti, akademik Akif Əlizadənin dəstəyi ilə əldə olunmuş nadir eksponat Azərbaycan zərgərliyinin unikal nümunəsi kimi Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasının “XIX – XX əsrin əvvəllərində Azərbaycanda sənətkarlıq” bölməsində, müvafiq vitrində yerləşdirilmişdir.

 

Gəlin baş bəzyi  Gəlin baş bəzyi  Gəlin baş bəzyi