XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 İyun, 2014
Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi müzakirə ediləcəkdir

Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsiİyunun 10-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutu (İHİ) və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları kontekstində Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi” mövzusunda beynəlxalq konfrans işə başlayacaqdır.


AzərTAc-da verilən məlumata əsasən, tədbirdə “Qafqaz Albaniyası irsinin qorunmasında beynəlxalq təşkilatların rolu”, “Dini azlıqların hüquqlarına riayət olunması sistemində müxtəlif konfessiyaların tarixi və mədəni abidələri”, “Dini azlıqların hüquqlarının genezisi”, “Tolerantlıq milli mədəniyyətin və hüquq düşüncəsinin bir hissəsi kimi”, “Qafqaz Albaniyasının hüquq sistemi” və digər mövzular müzakirə ediləcəkdir. Konfrans iyunun 11-də başa çatacaqdır.

Qey etmək lazımdır ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz Albaniyasının qədim və erkən orta əsrlər dövrlər tarix və mədəniyyəti ilə bağlı çoxsaylı materiallar  nümayiş olunur.

Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi