XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 İyun, 2014
Muzeydə kriptoqrafiya haqqında açıq dərs keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə kriptoqrafiya  haqqında  açıq dərs keçirildi.


Dərs zamanı şagirdlər “Yuliy Sezarın şifrəsi”, “Yunan tarixçisi Polibiyin  kvadratı” və “Enigma” şifrələmə maşın sistemləri ilə tanış oldular. Dərsin sonunda şagirdlərə Sezarın və Polibiya tərəfindən bir neçə şifrələnmiş mətnlərinin şifrəsinin həlli təklif olunmuşdur.

Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.