XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 İyun, 2014
Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsinin IV beynəlxalq Simpoziumu

YOCOCU 2014  Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsinin IV Beynəlxalq Simpoziumu  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziriyi,


İtaliya Konservasiya Alimləri Assosiasiyası, Mədəni Mülkiyyətin Öyrənilməsi və Bərpası üzrə Beynəlxalq Mərkəz (İCCROM), İtaliya Respublikasının Sapienza və Belçika Krallığının Antverpen Universitetlərinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası, Prezident yanın da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 28-30 may  Axsu şəhərində keçirilmişdir.  Dünyanın 25-dən artıq ölkəsindən mədəni irsin tədqiqi və qorunması sahəsində ixtisaslaşan 100-dən artıq gənc mütəxəssis iştirak etmişdir.Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Şəbəkəsinin IV Beynəlxalq Simpoziumunda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Bərpa laboratoriyasının bərpaçı –rəssamı Hüseynova Nuridə "Milli geyimlərin öyrənilməsi, mühafizəsi və təbliği" mövzusunda məruzə ilə çıxiş etmişdir . YOCOCU-da maraqlı milli məruzəyə görə pul mükafatına layiq görülmüşdür və milli geyimlərə dair İnternet səhifəsinin yaradılması təklifini  almışdır.