XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 İyun, 2014
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Varşavada elmi konfransda məruzə ilə çıxış etmişdir

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, t.ü.f.d. Pərvin Gözəlov Polşa Respublikasının Varşava şəhərində “Bu bayraq altında qalib gələcəksən. Varşava - 2014” adlı beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişdir.


Veksillologiya (bayraqşünaslıq) üzrə keçirilən bu konfransda Azərbaycan nümayəndəsi ilə bərabər Polşa (Varşava Milli Muzeyi, Krakov Milli Muzeyi, Polşa Silahlı qüvvələri Muzeyi, Vilanovda Kral Sarayı Muzeyi, Böyük Polşanın Hərbi Muzeyi), Rusiya (Moskvanın Kreml Muzeyləri, Dövlət Ermitaj Muzeyi, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutu), İsveç (İsveç Hərbi Muzey), Belarus (“Kreva Qəsri”) və Ukrayna (Ukrayna Milli Elmlər Akademiyasının Tarix İnstitutu) numayəndələri iştirak etmişlər.

Məruzədən əvvəl P.Gözəlov Milli Azərbaycan Tarix Muzeyi adından, muzeyin 90 illiyi yubiley medalını və muzeyin nəşrlərini “Polşa ordusu muzeyi”nə hədiyyə etmişdir. Həmçinin, iştirakçılara və təşkilatçılara Azərbaycan milli suvenirləri, Azərbaycan bayrağı döş nisanı və P.Gözəlovun müəllifi olduğu “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” kitabı (rus dilində) hədiyyə edilmişdir.

Pərvin Gözəlov “Milli Azərbaycan Tarixi Muzeyində unukal bayraq kolleksiyası” məruzəsi ilə ingilis dilində çıxış etdi. O, mərüzəsində Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında 92 bayrağın qorunmasından danışmış, müvafiq slaydlar nümayiş etdirmişdir. Nümayiş olunan bayraqlar sırasında XVIII əsr Azərbaycan xanlıqlarının 12 bayrağı, Qarabağ xanı Mehtiqulu xanın hakimiyyət rəmzi olan fəxri bayrağı və sair rəmzlər böyük maraq doğurmuşdur.

İlk dəfə olaraq Muzeyin bayraqlar kolleksiyası beynəlxalq konfransda tam və olğun şəkildə təqdim edildi.

Konfrans muddətində iştirakçılar Polşa Ordusu Muzeyinin bayraq fondları ilə tanış edildilər, Polşa Prezidentinin sarayının Bayraqlar zalında qorunan Prezident ştandartı və digər tarixi bayraqları ilə tanış oldular.