AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il iyunun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmi inkişaf Fondunun qrantı ilə “MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçiriləcək.
Tədbirdə AMEA rəsmiləri, Elmi inkişaf Fondunun rəhbər heyəti, alimlər, muzeyşünasların, KİV nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd etmək lazımdır ki, alınmış avadanlıqlar ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulmuşdur. Alınmış avadanlıq sırasında İngiltərənin “Wellord & co” bərpa və konservasiya şirkətinin istehsalı olan vakum təmizləyicisi, eyni şirkətin istehsalı olan nəmləndirici masa, İtaliyanın “Bertoncello proxima” şirkətinin istehsalı olan mikro-qaynağ cihazı (bütün növ materiallar üzrə), İtaliyanın “CTS-prodotti-perrestouru” şirkətinin istehsalı olan sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vanna, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici cihaz, İtaliyanın “Dino-lite ANMO-electronics” şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoregistraiya cihazı, İtaliyanın “CTS-prodotti-perrestouru” şirkəti və Almaniyanın “Scheider” şirkətinin birgə istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmağ üçün vakum nasosu kimi cihza və qurğular maraq doğurur. Alınmış avadanlıq istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.