XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 İyun, 2014
Xurşidbanu Natəvanın arxalığı Muzey ekspozisiyasında

XIX əsr Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvana (15.08.1832-ci il, Şuşa – 01.10.1897-ci il, Ağdam) məxsus arxalıq Milli Azərbaycan Tarixi Muzeyi daimi ekspozisiyasının “XIX əsrin sonu -  XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti” zalında nümayiş etdirilmək üçün sərgilənmişdir.


Zərxaradan tikilmiş arxalıq biçim üsuluna və tikiş tərzinə görə Muzeyin nadir eksponatlarındandır. Arxalıq, eyni zamanda tarixi əhəmiyyətinə görə də xüsusilə çox qiymətlidir. Üzəri mavi, qırmızı, yaşıl rəngli ipək sapla və güləbətinlə nəbati təsvirlidir.  Ətəyi büzməlidir. Ölçüsü: uzunluğu 49 sm, qolunun uzunluğu 53 sm.