XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 İyun, 2014
“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV Respublika elmi konfransı keçiriləcək

2014-cü il iyunun 19-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV Respublika elmi konfransı keçiriləcək.


Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, AMEA Memarlıq və incəsənət institutu, AMEA A.A.Bakixanov adına Tarix İnstitutu, AMEA Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Gəncə Regional Elmi Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Turizm təhsili bölməsi, UNİCER özəl məktəbini təmsil edən tədqiqatçıların – ümumilikdə 35 nəfərin çıxışları gözlənilir. Məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik, tarixi silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey bələdçiləri, muzey pedaqogikası sahələrini əhatə edirlər.

Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il iyunun 19-da saat 12.00-da başlayacaq.