İyun ayının 14-də Türk Akademiyasının (TA) prezidenti, akademik Darxan Kadıralının başçılıq etdiyi nümayəndə heyəti Milli Azərbaycan Tarixi muzeyinin ekspozsiyası ilə tanış olmuşdur.
Qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı ətraflı məlumat verilmişdir. Onları maraqlandıran suallar bələdçi Sənubər Qasımova tərəfindən cavablandırılmışdır. Nümayəndə heyətini AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli və Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi AMEA-nm müxbir üzvü Teymur Kərimli müşayiət etmişdir. Qonaqlara muzeyin nəşrləri hədiyyə edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.