AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadovun “XX.ASRIN BAŞLARINDA AZERBAYCAN`DA İSLAMİ DÜŞÜNCE, EGİTİM VE İSLAHAT ANLAYIŞI” adlı məqaləsi Türk Tarix Qurumunun növbəti Bülletenində çap olunub.
Məqalədə XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Şimali Azərbaycanda fəaliyyət göstərmiş Mir Məhəmməd Kərim əl-Bakuvi, Molla Ruhulla, Əbu Turab, Axund Yusif Talıbzadə, Şeyxülislam Əbdüssəlam Axundzadə, Şeyxülislam Mövlazadə Şəkəvi kimi din xadimlərinin, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi publistlərin əsərlərindən, “Kaspi”, “Füyuzad”, “İşıq” kimi mətbu orqanlardan nümunələr verilmiş, onların əsasında bu dövrdəki islami təhsil və düşüncələr tədqiq edilmişdir.
Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.