XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 İyun, 2014
Məmmədəli Hüseynov - Azərbaycanın görkəmli arxeoloqu

1922-ci il aprel ayının 3-də Qazax rayonunun Mollacəfərli kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirərək Azərbaycan Tarix Muzeyində əmək fəaliyyətinə başlayıb.


1960-cı ildə Tbilisidə "Aveydağ paleolit düşərgələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edən M.Hüseynovun növbəti tədqiqat obyekti Qarabağ abidələri olmuşdur.

1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və bununla da dünyada, ilk insan mənşəyi haqqında yeni təsəvvür yaratdı. 1968-ci ildə arxeloji qazıntı zamanı elmdə sensasiyaya çevrilən 18-22 yaşlı qadına aid çənə sümüyü tapmışdır.

6 kitab, 100-dən artıq elmi məqalənin müəllifi olan Məmmədəli Hüseynov tarix elmləri doktoru alimlik dərəcəsi (1985), professor elmi adına (1987) layiq görülmüşdür.

M.Hüseynovun tədqiqat və araşdırmaları Azərbaycanda paleontologiya elminin əsasını qoymuşdur.