XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 İyun, 2014
Milli Azərbaycan Tarixi Muzeyində Məmmədəli Hüseynova həsr olunmuş fotosərgi açılacaq

1968-ci il iyunun 23-də Azərbaycanın dilbər güşəsi olan Qarabağda, Azıx mağarasında dünya paleontologiya tarixində çevrilişə səbəb olmuş kəşf edilmişdir – görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası ibtidai insana məxsus çənə aşkar etmişdir.


Azıx düşərgəsindən tapılmış qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə professor D.V.Hacıyev məşğul olmuşdur. D.V.Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilmiş və tapıntıya “Azıxantrop tipli ibtidai insane” adı verilmişdir.

2014-cü il iyunun 23-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixiçiləri birliyinin sədri Namiq Rüstəmovun və muzeyin birgə təşkilatçılığı ilə görkəmli arxeoloq, Azərbaycanda paleontologiya elminin inkişafına böyük töhfələr vermiş Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərginin açılışı olacaq. Fotosərgidə arxeoloqun həyat və fəaliyyətini əks etdirən nadir fotoşəkillər nümayiş olunacaq.