2014-cü il iyunun 19-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV Respublika elmi konfransı keçirildi.
Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, AMEA Memarlıq və incəsənət institutu, AMEA A.A.Bakixanov adına Tarix İnstitutu, AMEA Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Gəncə Regional Elmi Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Turizm təhsili bölməsi, UNİCER özəl məktəbini təmsil edən tədqiqatçıların çıxışları oldu. Məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik, tarixi silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey bələdçiləri, muzey pedaqogikası sahələrini əhatə edirlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.