İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişaf Fondunun qrantı ilə “Milli Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlığın təqdimatı keçirilmişdir.
Ən müasir tələblərə cavab verən yeni avadanlıq və qurğular müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulmuşdur. Layihə çərçivəsində alınmış avadanlıqlar sırasında İngiltərənin “Willard Conservation Ltd” şirkətinin istehsalı olan sorma masası, İtaliyanın “G.B.F.LLİ Bertoncello” şirkətinin buraxdığı Proxima mikroqaynaq cihaz dəsti, İtaliyanın “C.T.S” şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultrasəs təmizləyici vannası, həmin şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezoelektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, İtaliyanın “AnMo Electronics” şirkətinin istehsal etdiyi eksponatların üzərindəki ziyanlı proseslərin videoqeydiyyat cihazı, Avropa şirkətlərində hazırlanmış qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular vardır.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək dövlətimizin başçısı, Azərbaycan Respublikasının Prezidenti muzeylərin maddi-texniki bazasının təkmilləşdirilməsinə yaratdığına görə dərin təşəkkürünü bildirmişdir. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli çıxış edərək elm və mədəniyyət idarələrinin müasir tələblərə uyğun olaraq qurulması, ən son texniki nailəyyətlərdən lazımıncz yararlanmanın vacibliyini xüsusi vurğulamışdır. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev öz çıxışında Fondu məqsədləri barəsində danışmış, alimlərə dəstək olmaq məqsədilə təşkil olunmuş Fondun yaratdığı imkanlar barəsində ətraflı danışmışdır. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək respublikamızda muzeylərin yeni, müasir tələblərə uyğun olaraq qurulması prosesi barəsində, bu istiqamətdə kadr hazırlığının çox vacib olması haqqında danışmışdır.
Daha sonra qonaqlar yeni avadanlıq qurulmuş laboratoriya otaqlarına dəvət olundular. Muzeyin Bərpa laboratoriyasının müdiri Təhsib Zəvərli təqdimatı keçirilən avadanlıq və qurğuların muzeylərin inkişafına verəcəyi töhfədən danışmış və onlar haqqında qonaqlara məlumat vermişdir. Qeyd edilmişdir ki, bu avadanlıq və qurğular istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsinə və sonradan bərpasına geniş imkanlar yaradacaqdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.