XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 İyun, 2014
Milli Azərbaycan Tarixi Muzeyində Məmmədəli Hüseynova həsr olunmuş fotosərginin açılışı oldu

2014-cü il iyunun 23-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində,  muzeyin və Azərbaycan tarixiçiləri birliyinin sədri Namiq Rüstəmovun birgə təşkilatçılığı ilə görkəmli arxeoloq, Azərbaycanda paleontologiya elminin inkişafına böyük töhfələr vermiş Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərginin açılışı oldu.


 

Tədbirin əvvəlində Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, Məmmədəli Hesynovun Azərbaycan elminə verdiyi təhfədən danışdı. Qeyd olundu ki, 6 kitab, 100-dən artıq elmi məqalənin müəllifi olan Məmmədəli Hüseynov öz Hüseynovun tədqiqat və araşdırmaları ilə Azərbaycanda paleontologiya elminin əsasını qoymuşdur. Məhz onun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və bununla da dünyada, ilk insan mənşəyi haqqında yeni təsəvvür yaratdı. 1968-ci il iyunun 23-də Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, Azıx mağarasında dünya paleontologiya tarixində çevrilişə səbəb olmuş kəşf edilmişdir – görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası ibtidai insana məxsus çənə aşkar etmişdir.

Tədbirdə həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Azad Zeynalov, Mansur Mansurov, Azıx mağarası haqqında sənədli film çəkmiş tanınmış kinorejissor Musa Bağırov arxeoloq Məmmədəli Hüseynovun kəşfləri barəsində danışmışlar.

Tədbirin sonunda alimin ailə üzləri Muzeyin rəhbərliyi və Azərbaycan tarixiçiləri birliyinin sədri Namiq Rüstəmova belə tədbirin təşkilinə görə öz təşəkkürlərini bildirmişdilər.

İyulun 23-dək davam edəcək fotosərgidə arxeoloqun həyat və fəaliyyətini əks etdirən nadir fotoşəkillər nümayiş olunur.

 

Tədbirin fotoşəkilləri saytın « Fotoqalereya » bölməsində tanış olmaq olar