“İRS- Наследие” beynəlxalq jurnalının rus versiyasının növbəti nömrəsində Milli Azərbaycan Tarixi Muzeyində uzun illər çalışmış, görkəmli tədqiqatçı, tarix elmləri doktoru Vaçeslav Samedovun “Azərbaycanda XIX əsrin 70-80-ci illərində neft sənayesi” adlı məqaləsi dərc olunub (“İrs- Наследие”, 3 (69), 2014, s.34-39).
Məqalədə Abşeron yarımadasında ilk neftqayırma zavodlarının tikilməsi, neftin sənaye üsulu ilə çıxarılması və emalı, ilk neft infrastrukturunun yaradılması, neftin emalı və satışı üzrə firmaların meydana gəlməsi, iltizam sisteminin ləğvi, neft sənayesində münasibətləri tənzimləmək məqsədilə qəbul olunmuş ilk qanunlar, 1873-cü ildə yaranan “Qara şəhər” zavodlar rayonu haqqında məlumatlar verilmişdir.
Məqalənin tam mətni ilə “Muzey KİV-də” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.