“İRS” beynəlxalq jurnalının alman versiyasının növbəti nömrəsində Milli Azərbaycan Tarixi Muzeyin əməkdaşı, t.ü.f.d. Sevil Qazıyevanın “Rəhimli Məmməd Paşa Sadıx - Azərbaycanın görkəmli mühəndisi” adlı məqalə dərc olunmuşdur (“İrs- Erbe”, № 6, 2014, s.38-43).
Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən 100 azərbaycanlı tələbə sırasında xaricə göndərilmiş və Almaniyanın Darmştad şəhərində Ali Texniki İnistutda maşınqayırma ixtisası üzrə təhsil almış M.P.Rəhimli haqqında ətraflı məlumat verilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunub saxlanılan sənədlər əsasında yazılmış məqalədə M.P.Rəhimlinin həyat yolu, taleyi, gördüyü işləri barəsində məlumatlar verilir.
Məqalənin tam mətni ilə “Muzey KİV-də” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.