XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 İyun, 2014
Muzeyin yarımillik hesabatı dinlənildi

Milli Azərbaycan Tarixi Muzeyinin 2014-cü ilin birinci yarısında gördüyü elmi tədqiqat, ekspozisiya və fond işlərinin hesabatı dinlənildi.


Elmi Şurada hesabat məruzəsi ilə çıxış edən elmi katib, t.ü.f.d. Fərhad Cabbarov muzey əməkdaşlarının plan üzrə 15 mövzunu əhatə edən 21 iş üzərində çalışdığı, 2 mövzu və 2 işin yerinə yetirildiyi barədə məlumat verdi. Yarımildə əldə olunan nailiyyətlər sırasında ekzpozisiyanın “Azərbaycan I Dünya müharibəsi illərində” hissəsinin yenidən qurulması, 4 kitabın nəşri, 2 konfrans və 2 sərginin keçirilməsi, muzeyi ziyarət edən tamaşaçıların sayının xeyli artdığı vurğulandı.

Müzakirələrdən sonra hesabat yekdilliklə qəbul olundu.