XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 İyul, 2014
Muzeyin direktoru, akademik N.Vəlixanlının “İrs” jurnalının ərəb nömrəsində məqaləsi dərc olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “İrs-Heritage” beynəlxalq jurnalının ərəb dilində çap olunan növbəti nömrəsində məqləsi dərc olunub (“İrs- Heritage”, 4 (4), 2014, s.20-24). 


Məqalə orta əsr ərəb mənbələrində Xəzər dənizi haqqında olan məlumatların təhlilinə həsr olunmuş məqaləsi silsiləsindəndir. Akademik N.Vəlixanlı IX - XIV əsrlərə aid edilən ərəb coğrafiyaşünas və tarixçi alimlərin, səyyahların əsər və yol qeydlərinin araşdırılması əsasında Xəzər dənizinin adları, ölçüləri, adaları haqqında tarixi məlumatları üzə çıxarmışdır.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.