“İrs-Heritage” beynəlxalq jurnalının ərəb versiyasının növbəti nömrəsində uzun illər Muzeydə işləmiş etnoqraf-alim Əttiqə İzmayılovanın “Azərbaycanda qadın bəzək əşyaları” adlı məqaləsi dərc olunub (“İrs- Heritage”, 4 (4), 2014, s.12-19).
Müəllif qeyd edir ki, arxeoloji qazıntılar zamanı Azərbaycanın müxtəlif bölgələrindən (Şamaxı, Gəncə, Şuşa, Naxçıvan və s.) aşkarlanmış çoxsaylı qızıl, gümüş qadın ziynət əşyaları bu sənətin Azərbaycanda qədimdən inkişaf etməsindən xəbər verir. Məqalədə ziynət əşyaların növlərindən, Azərbaycanın ayrı-ayrı bölgələrinə xas olan xüsusiyyətlərindən məlumat verilir. Zərgərlik nümunələri üzərində rast gəlinən bəzək ünsürləri dövrümüzə qədər gəlib çatmış və müasir sənətkarlarımız tərəfindən işlənməkdədir. Məqalədə Milli Azərbaycan Tarixi Muzeyinin qorunan qadın bəzək əşyalarının fotoları verilir.
Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.