XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 İyul, 2014
“İrs” jurnalının türk nömrəsində yəhərvari dəstəyi olan qılınclar haqqında məqalə dərc olunub

“İrs-Heritage” beynəlxalq jurnalının türk dilində çap olunan növbəti nömrəsində Muzeyin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədovun “Yəhərvari dəstəyi olan Qafqaz qılıncları” adlı məqaləsi dərc olunub (“İrs - Miras”, 1 (9), 2014, s.20-25).


Məqalədə hələ tunc – erkən dəmir dövrlərindən məlum olan yəhərvari dəstəkli qılınclar haqqında məlumat verilir, onların xüsusiyyətləri qeyd olunur, digər Qədim Şərq ölkələrində analoqları göstərilir. Müəllifin fikrincə, belə qılınclar sonralar təkamül edərək, XVIII – XIX əsrin əvvələrində Qafqaz şaşkası şəklində inkişaf etmişlər.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.