XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 İyul, 2014
“İrs” jurnalının türk nömrəsində “Gəncə xanlığı ilə Osmanlı bayrağı arasındakı heraldik bənzərliklər” məqaləsi dərc olunub

“İrs-Heritage” beynəlxalq jurnalının türk versiyasının növbəti nömrəsində  Muzeyin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlovun “Gəncə xanlığı ilə Osmanlı bayrağı arasındakı heraldik bənzərliklər” adlı məqaləsi dərc olunub (“İrs- Miras”, 1 (9), 2014, s.26-29).


Məqalədə Azərbaycan Milli Tarixi Muzeyində Gəncə xanlığına aid dörd bayraq, Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı Milli Muzeyində bir bayraq təsvir olunur, Osmanlı dövlətinin bəzi bayraqları ilə bənzərlikdən bəhs edilir.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.