XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 İyul, 2014
Muzeydə qurulmuş sensor kompyuteri gənc tamaşaçıların marağına səbəb olmuşdur

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasının “Azərbaycan Birinci dünya müharibəsi illərində” bölməsində qurulmuş sensor (touch screen) kompyuteri tamaşaçıların, ilk növbədə gənc ziyarətçilərin böyük marağına səbəb olmuşdur.


Kompyuterdə olan məlumatlar Birinci dünya müharibəsi ilə bağlı əsas məqamların tam və dolğun şəkildə çatdırılmasına imkan verir. Burada ekspozisiyanın vitrinlərinə daxil edilməyən müvafiq fotoşəkillərdən başqa elmi və elmi populyar məqalələr yerləşdirilmişdir.