Belarus Respublikasının paytaxtı Minsk şəhərində ölkənin alman-faşist işğalçılarından azad olunması ilə bağı silsilə tədbirlər sırasında Azərbaycan döyüşçülərinə həsr olunmuş kitabın təqdimatı keçirildi.
Belə ki, Belarus Milli Tarix Muzeyi (BMTM) ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) arasında əldə olunmuş razılaşmaya əsasən MATM tərəfindən hazırlanmış və Belarus uğrunda döyüşlərdə iştirak etmiş azərbaycanlılara həsr olunmuş “Onlar Belarus uğrunda vuruşurdu” kitabının təqdimatı və müvafiq fotosərgi keçirildi.
Təqdimat mərasimində və sərginin açılışında Belarus Respublikasının Milli Tarix Muzeyinin direktoru Oleq Rıjkov, Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin əməkdaşı Nigar Çəndərli, “Qobustan” diaspor təşkilatının sədri Baxşı Qəmbərov başda olmaqla Minsk şəhərinin Azərbaycan icması, habelə Belarus ictimaiyyətinin nümayəndələri, veteranlar, KİV nümayənədələri iştirak etmişlər. Muzey adından tədbirdə iştirak edən elmi işçi Fuad Ağayev kitab barədə məlumat vermiş, Muzeydə qorunan materiallar haqqında danışmışdır. Daha sonra tədbir iştirakçılarına kitablar paylanılmış, fotosərgiyə baxış keçirilmişdir.
“Onlar Belarus uğrunda vuruşurdu” Milli Azərbaycan Tarixi Muzeyində, akademik Nailə Vəlixanlının redaktorluğu ilə müəlliflər heyəti tərəfindən hazırlanmışdır. Kitabda Böyük Vətən müharibəsi zamanı Belarus ərazisində vuruşan – Brest qalasını müdafiə edən, partizan hərəkatına qoşulan, “Baqration” əməliyyatı çərçivəsində bu ölkəni işğaldan qurtaran Azərbaycanın qəhrəman oğullarından bəhs olunur, çoxlu sayda fotoşəkillər verilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.