İstanbulda 2014-cü ildə Kürə nəşriyyatı tərəfindən S.A.Özkan və V.İmanbəylinin redaktorluğu ilə nəşr olunan “Azerbaycanda din ve kimlik” adlı məqalələr toplusunda
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadovun “Azerbaycanda yerel mesihçi gruplar” adlı məqaləsi dərc olunmuşdur. Məqalədə XIX əsrdən bəri Azərbaycanda fəaliyyət göstərən babilik, bəhailik dini cərəyanları, dini icmaları, Bab, Bəhaullah, Zərrintac Tahirə xanım kimi tarixi şəxsiyyətlər, Asif ata ocağı və mərhum yazar İsa Muğannanın Saf Ağ Elmi və əsərləri haqqında məlumat verilmişdir. Məqalə müstəqillik dövründə Azərbaycanda dini vəziyyət haqqında da məlumatları ehtiva edir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.