XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Sentyabr, 2014
“İrs- Heritage” jurnalının növbəti nömrəsində “Azərbaycanın milli corabları” məqaləsi dərc olunub

 “İrs-Heritage” beynəlxalq jurnalının ingilis versiyasının növbəti nömrəsində  uzun illər Muzeydə işləmiş etnoqraf-alim Əttiqə İzmayılovanın “Azərbaycanın milli corabları” adlı məqaləsi dərc olunub (“İrs- Heritage”, 3 (18), 2014, s.48-55).


Müəllif qeyd edir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrindən (Qarabağ, Şirvan, Quba, Qazax, Astara, Qəbələ, Şəki, Lerik, Naxçıvan və s.) qadın və kişi corablarından məlumat verir. Məqalədə Azərbaycanın ayrı-ayrı bölgələrinə xas olan corabların formasından, üslubundan, texnikasından, danışılır. Məqalədə Gürcüstan dövlət  muzeyində 1908-ci ilə aid olan 2 cüt Quba bölgəsinə aid corab nümayiş olunur. Məqalədə istifadə olunan materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda saxlamılır.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.