XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Sentyabr, 2014
Muzey əməkdaşının “İrs- Наследие” jurnalının növbəti nömrəsində “Rus rəssamı İ.Şeblıkinin əsərlərində Qəncə və Garabağın abidələri” sərlövhəli məqalə dərc olunub

“İrs- Наследие” beynəlxalq jurnalının rus versiyasının növbəti nömrəsində  Muzeyin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədovun “Rus rəssamı İ.Şeblıkinin əsərlərində Qəncə və Garabağın abidələri” adlı məqaləsi dərc olunub (“İrs- Наследие”, 4 (70), 2014, s.18-24).


Məqalədə qeyd olunur ki, arxeoloji ekspedisiyalarda fəal iştirak edən rus arxeoloqu, tarixçisi, memarı və  rəssamı İ.Şeblıkin Azərbaycanın müxtəlif bölgələrində çox sayda müxtəlif dövrlərə xas olan tarixi abidələrin rəsmlərini çəkmişdir. İ.Şeblıkininnin hal hazırda Ermənistanın işğalında olan və dağıdılan Qarabağ bölgəsinin arxeoloji, mədəni, memarlıq abidələrinin təsvir ertməsi Azərbaycan tarixini saxtalaşdırmaq cəhdlərinə qarşı tutarlı arqumentlərdəndir. Məqalə Milli Azərbaycan Tarixi Muzeyinin təsviri materiallar fondunun materialları əsasında hazırlanmışdır.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.