XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Sentyabr, 2014
Muzey əməkdaşları Böyük Britaniyada keçirilmiş Beynəlxalq Konfarsında iştirak etmişlər

31 avqust- 2 sentyabr 2014-cü ildə dünyanın ən nüfuzlu universitetlərindən olan Böyük Britaniyanın Kembric Universitetində keçirilən “10-cu İslam Əlyazmaları” adlı Beynəlxalq Konfars  Kembric Universiteti, İslam Əlyazmalar Assosyasiyası və  İslam Yardımçı Fondunun təşkilatçılığı ilə baş tutdu.


Böyük Britaniyanın Kembric Universitetində keçirilən “10-cu İslam Əlyazmaları” adlı Beynəlxalq Konfarsda Azərbaycanı mən- Azərbaycan Respublikası AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya  təhlükəsizliyi  üzrə direktor müavini, t.ü.f.d. Həbibə Əliyeva və “Xarici əlaqələr və sərgilərin təşkili” şöbəsinin elmi işçi Səidə Həmzəbəyovaya təmsil etdik.

31 avqustda baş tutan açılışda Kembric Universitetinin nəzdində olan İslam Əlyazmalar Assosiasiyasının prezideni, prof. Çarles  Melville, həmin təşkilatın sədri, prof. Abdulsəməd Antonia Romero Roman, İslamın Öyrənmə Mərkəzinin direktoru Yasır Süleyman və  digər  təşkilatçılar çıxış edərək iştirakçıları salamladılar. Bu konfransada Azərbaycanın ilk dəfə iştirak edilməsini qeyd etdilər və Beynəlxalq Konfransın açlışı münasibətilə alimləri təbrik etdilər. 

 Universitetin dəhlizində nümayiş etdirilən İslam əlyazmaları sərgisində digər xalqlara məxsus əlyazmalardan ibarət nümünələr ilə yanaşı Azərbaycana məxsus yerdə Milli Azərbaycan Tarixi Muzeyində qorunan orta əsrlərə aid İslam əlyazmaları kitablarının fotoları və onlar haqqında qısa məlumat (ingilis dilində), Azərbaycanın xəritəsi, bayrağı və muzeyin ekspozisiyas zallarının şəkilləri, ingilis dilində nəşr olunan müxtəlif məzmunlu əlyazma kitablarımız olan lövhə və nümayiş etdilirdi. 

Beynəlxalq konfransda Azərbaycan, Amerika, Suriya, Mərakeş, İran, Qatar, Birləşmiş Ərəb Əmirliyi, Niderland Krallığı, Almaniya, Fransa Misir, İtalya, İspaniya, Filipin, Malaziya, Nigeriya, Əlcazair, Polşa, Oman, Özbəkistan, Rusiya, Qazaxıstan, Türkmənistan, Moldova, Ermənistan, Gürcüstan, Tacikstan, Türkiyədən və elmi müəssisə tədqiqatçıları əlyazmaların  tarixindən, bərpasından, müasir durumu, inkişaf perespektivləri və  dünya xalqları ilə yaranacaq əlaqələr, təbliğ və reklamları haqqında dərin  məzmunlu və çox  maraqlı məruzələrlə çıxış etdilər. Məruzələr tezis şəklində nəşr edilmiş və iştirakçılara paylanıldı.  

Mən və S.Həmzəbəyova ilə birgə yazdığımız “Milli Azərbaycan Tarix Muzeyində qorunan İslam əlyazmaları” adli elmi məqalə ilə ilə bərabər, şəkilatı sözləri ingils dilində olmaqla elektron slayd nümayiş etdirdik. Konfarans iştirakçılarının maraqlı suallarına ətraflı və dolğun cavab verdik.

London şəhərində məşhur muzeylərə- Britaniya Milli Muzeyi, Viktoriya və Albert Muzeyi, London Milli Qalereyasına və s. muzeylərə və tarixi abidələrə gəzinti təşkil olundur.