XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Sentyabr, 2014
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ADEX 2014” sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonu ilə tanış oldu

ADEX_2014Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən böyük maraq göstərilən sərgidə ölkə başçısı müxtəlif pavilion və stendlərlə tanış olmuşdur.


 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin pavilyonuna maraq göstərmişdir. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ölkə başçısına Muzeyin sərgidə nümayiş etdirlən eksponatlar barəsində məlumat vermişdir. Qədim və orta əsr Azərbaycan döyüşçülərinin nümayiş etdirən 4 maneken üzərində, eləcə də 4 vitrində sərgilənən eksponatlar, stend üzərində və podiumlarda asılan orta əsrlərə aid eksponatlar qədim və orta əsr Azərbaycan silahları haqqında əyani təsəvvür yaradır.  

Akademik Nailə Vəlixanlı ölkə başçısına Muzeydə təşkil olunan və sentyabrın 16-da açılışı gözlənilən “Azərbaycanın neft salnaməsi” sərgisi haqqında məlumat vermişdir.

Muzeyin kollektivi tərəfindən və Azərbaycanda neft istehsalının tarixi ilə bağlı eksponatları əks etdirən “Azərbaycanın neft salnaməsi” adlı kataloq nəşr olunmuşdur. N.Vəlixanlı “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş bu kataloq haqqında müfəssəl məlumat vermiş və kataloqun ilk nüsxəsini Prezident İlham Əliyevə hədiyyə etmişdir.

ADEX_2014 ADEX_2014 ADEX_2014