XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Sentyabr, 2014
“ADEX-2014” adı altında Azərbaycanda keçirilən birinci Beynəlxalq müdafiə sənayesi sərgisi öz işini başa çatdırdı

“ADEX-2014” adı altında Azərbaycanda keçirilən birinci Beynəlxalq müdafiə sənayesi sərgisi öz işini başa çatdırdı. Üç gün davam edən sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib.


Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX -2014” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi. Sərgiyə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraq göstərilib.

Sərgidə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası tamaşaçıların böyük marağına səbəb olmuşdur. Sərgi işini bitirdikdən sonra eksponatlar Muzeyə qaytarıldı. Maraqlananlar bu eksponatlarla Muzeyin daimi ekspozisiyasında tanış ola bilərlər.