XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Sentyabr, 2014
Muzeyin əməkdaşı rəssamların təltif olunması mərasimində iştirak edib

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2014” birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin uşaq və gənclərin əl işlərindən ibarət “Sülh” mövzusunda yaradıcılıq sərgisi təşkil olunmuşdur.


Sərgidə 67 rəssamın 81 əl işi nümayiş olunmuşdur. Tamaşaçıların böyük marağına səbəb olmuş sərgi iştirakçılarına sentyabrın 13-də sertifikatlar təqdim edilmişdir. Təqdimat mərasimində Milli Azərbaycn Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov iştirak etmişdir.