AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş kitab - kataloq işıq üzü görüb. “Azərbaycanın neft salnaməsi” adlı kataloqun (“Azərbaycanın neft salnaməsi”. Kataloq. Bakı, 2014, 253 s.) elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, tərtibatcı, ön sözün muəllifi Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur.
Kataloq Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. Dörd tematik bölmədən ibarət kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barəsində məlumat verilir, 1000-ə yaxın unikal eksponatlar təqdim olunur. Belə ki, XIX – XX əsrin əvvəllərinə aid nadir tarixi fotoşəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər ölkəmizin neft sənayesinin inkişafını əyani olaraq təsəvvür etməyə imkan verir. Azərbaycanın görkəmli neftçiləri, neft sənayesilə bağlı alimlərinin fəaliyyyətləri ilə bağlı materiallar da maraq doğurur.
“Neft Daşları”, “Əsrin müqaviləsi” kimi böyük layihələrlə bağlı materiallara kataloqda xüsusi yer ayrılıb.
Qeyd etmək lazımdır ki, bu səpkidə kataloq ilk dəfədirdir ki, işıq üzü görmüşdür. Kataloq azərbaycan və rus dillərində nəşr olunub. Kataloq “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görmüşdür.
Kataloqun geniş ictimaiyyətə təqdimatı Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il sentyabrın 16-da təşkil olunan eyni adlı sərginin açılışı zamanı keçiriləcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.