Moskva-Zveniqorodda keçirilən, MDB və Baltiya ölkələrinin gənc alim-tarixçilərin “XX əsr MDB və Baltiya ölkələri tarixçilərin gözü ilə: elm və təhsil” adlı beynəlxalq yay məktəbində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçiləri E.V. Məmmədov və E.A. Dadaşov iştirak etdilər.
Bir həftə davam edən beynəlxalq yay məktəbinin birinci günündə Rusiya Elmlər Akademiyasının (REA) Ümumi Tarix İnstitutunda Rossotrudniçestvanın rəhbərliyi, Təhsil və elm nazirliyinin, REA-nın Ümumi Tarix İnstitutunun, Ümumrusiya tarix və sosial biliklər üzrə müəllimlər assosiasiyasının və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (Ümumi Tarix İnstitutu) nümayəndələrilə görüş oldu. Gənc alim-tarixçilərin beynəlxalq yay məktəbinin təntənəli açılış mərasimi zamanı Rossotrudniçestvanın təhsil sahəsində əməkdaşlığın idarəedilməsi üzrə rəis müavini L.İ. Yefremova, Rusiya Federasiyasının (RF) Təhsil və elm nazirliyinin Beynəlxalq departamentinin direktoru N.R. Toyvonen təbrik nitqləri ilə çıxış etdilər. Daha sonra MDB və Baltiya ölkələrindən olan gənc tarixçilərə elmi və maarifləndirici seminarın iştirakçılarına beynəlxalq yay məktəbinin hədəf və prespektivləri haqqında məlumat verildi. Görüşdə Azərbaycan, Rusiya, Belorusiya, Ukrayna, Moldova, Latviya, Litva və Estoniya nümayəndələri iştirak etdilər. Salamlamadan sonra yay məktəbinin bütün iştirakçıları elmi maraq sahələrin əks etdirən təqdimatlarla çıxış etdilər. Rəsmi açılış mərasimindən sonra gənc alim-tarixçilərin yay məktəbi təşkilatçılarının nümayəndələri ilə iştirakçıların görüşü oldu. Bu məktəb çərçivəsində müxtəlif tarixi mövzularda mühazirələr dinlənilmişdi. Qarşılıqlı fikir mübadilələri aparılmışdı.
REA ÜTİ-nun direktor müavini, REA ÜTİ-nun postsovet məkanı dövlətlərinin müqayisəli-tarixi tədqiqatları şöbəsinin müdiri, t.e.n. V.V. İşenko ilə birlikdə gənc tarixçilər üçün tarixi tədqiqatların prespektivli istiqamətləri müzakirə olunmuşdu. Tədbirin son günündə yay məktəbinin iştirakçıları üçün Moskva və Zveniqorod şəhərlərinə ekskursiya təşkil edilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.