Təməli 1931-ci ildə qoyulan Türk Tarix Qurumu tərəfindən dörd ildən bir keçirilən Türk Tarix Konqresinin ilki 1932-ci ildə olmuşdur. XVII Türk Tarix Konqresi bu ilin sentyabr ayında Türkiyənin Ankara şəhərində keçirildi.
Dünyanın müxtəlif ölkələrindən 237 iştirkaçının qatıldığı konqredə Azərbaycandan 20-dən çox elm adamı iştirak etmişdir. Açılış mərasimi ATO Congresium Angora mərkəzində baş tutdu. Mərasimdə qurum başkanı Prof. Dr. Mehmet Ali Beyhan və yüksək qurum başkanı Prof. Dr Derya Örs çıxış etdilər. Üç gün boyunca VIII seksiyada eyni vaxtda davam edən konqredə Azərbaycandan qatılan elm adamları müxtəlif mövzularda müzakirələrdə fəal iştirak etdilər. Milli Azərbaycan Tarixi Muzeyindən A.İsmayılova iştirak etmişdir. O, “Milli Azərbaycan Tarixi Muzeyində qorunan Səlcuq dövrü fayans qablar” mövzusunda məruzə çıxış etmişdi. Çıxış mraqla qarşılanmış və Səlcuq dövrünün öyərnilməsinin təqdirəlayiq bir hal olduğu qeyd olunmuşdu. Bağlanış tədbirində başbakan yardımcısı Prof. Dr . Numan Kurtulmuş, TTK başkanı Prof. Dr. Mehmet Ali Beyhan və TTK Bilim üzvü və Yayın Kurulu üzvü Prof. Dr. İbrahim Ethem Artnur çıxış edərək konqrenin uğurlu keçdiyini qeyd etmişdilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.