XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Sentyabr, 2014
Slovakiya Respublikasının Milli Təqaüd proqramı

SRMTPAMEA Beynəlxalq Əlaqələr İdarəsindən verilən məlumata əsasən, Slovakiya Respublikası tərəfindən tələbə, doktorant, ali müəllimləri və elmi işçilərin mübadiləsinin dəstəklənməsi üzrə milli proqramına yeni qəbul elan edilmişdir.


 Anket və proqram haqqında geniş məlumatı  www.scholarships.sk internet səhifəsində əldə etmək olar. Qeyd olunur ki, namizədlər 2014-2015 akademik il üçün cari ilin 31 oktyabr tarixinədək, 2014-2015 akademik ilin yay semestri  üçün 2015-ci ilin 30 aprel  tarixinədək yuxarıda  göstərilən  internet səhifəsinə daxil olub müraciət formasını dolduraraq sözügedən proqramda iştirak edə bilərlər.