Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirildi. İclasda cari ilin III rübündə xarici ezamiyyətlərdə olmuş muzey əməkdaşlarının hesabatları dinlənildi.
İyul-sentyabr ayları ərzində Rusiya, Türkiyə, Böyük Britaniya və Hindistanda keçirilən elmi konfranslarda içtirak edən muzeyin əməkdaşları öz hesabatları ilə çıxış etdilər. Müzakirələr zamanı Muzeyin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulandı.
İclasda t.ü.f.d. Səbuhi Əhmədov və Yusif Ağayevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud dastanında türk xalqlarının hərb sənəti” adlı monoqrafiya müzakirə edildi və çapa məsləhət görüldü.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.